KARLSEN MOSKVAYA GƏLƏ BİLƏR

 “ESTAFET” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində 9-30 noyabr tarixlərində nəzərdə tutulmuş Şahmat üzrə dünya çempionu adı uğrunda görüşlər Rusiya paytaxtına keçirilə bilər. Qeyd edək ki, Şahmat tacı uğrunda görüşlər hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə, bu ilin 11-28 mart tarixlərində Moskvada keçirilən İddialılar Turnirinin qalibi rus Sergey Karyakin arasında olacaq.