GƏNC CÜDOÇULAR AVSTRİYADA 1 MEDALLA KİFAYƏTLƏNDİLƏR

ESTAFET/ Avstriyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Bu turnirdə Azərbaycan millisi 17 nəfərlə (12 oğlan, 5 qız) təmsil olunub. 

 

Yığmamız 17 nəfərlik heyətlə yalnız 1 medal qazanmağa müvəffəq olub. 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda isə israilli Betina Temelkovaya uduzaraq üçüncülük uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə hollandiyalı rəqibi Danique Janssenə qalib gələn Əzizova bürünc medal qazanıb.