Voleybolçular TMT üçün Belarusa gedib

AVRO-2023-ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Belarusa yollanıb. Komandamız Minskdə iyulun 16-dək hazırlıq keçəcək.

Voleybolçularımız burada təlim-məşq toplanışı ilə yanaşı, yerli yığma ilə yoldaşlıq görüşlərində gücünü də yoxlayacaq.

Qeyd edək ki, Minsk hazırlığının ardınca Belarus yığması Bakıya səfər edəcək. 2 komandanın paytaxtda birgə məşqi və bir necə yoxlama matçı nəzərdə tutulub.

Müəllif: Zaur HACIYEV