Hidayət Heydərovdan qələbə açıqlaması

Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində az öncə qızıl medal qazanan Hidayət Heydərov Sports.az üçün eksklüziv açıqlama verib.

73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı cüdoçu finalda Olimpiya, dünya və Avropa çempionu gürcüstanll Laşa Savdatuaşvilini məğlub etdiyi üçün çox sevincli olduğunu bildirib:

- İlk öncə xalqımızı Qurban bayramı münasibətilə təbrik edirəm. Bu qələbə mənim üçün çox önəmlidi. Düzdü mən Avropa çempionu da olmuşam. Amma bu "Böyük Dəbilqə"də qalib gəlməklə həm Olimpiya lisenziyası üçün vacib xallar qazandım, həm də finalda Olimpiya və dünya çempionunu uddum.

Özümə söz vermişəm ki, uda-uda da davam edəcəm və Allahın izni ilə Olimpiya çempionu adını da qazanacam.

Sports.az-ın oxucularının idmanla məşğul olmağı arzulayıram. Həyatda öz ölkəsinin bayrağını yüksəltməkdən, himnini səsləndirməkdən gözəl heç nə yoxdur. Mənə ən çox ləzzət edən budu".

Müəllif: Natiq NƏSİROV