"Qarabağ" - "Sürix" matçının vaxtı bəlli oldu

“Qarabağ”la “Sürix” (İsveçrə) arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk görüşünün vaxtı məlum olub.

Məlumatı "Rts.ch" saytı yayıb.

İyulun 19-dada oynanılacaq matç saat 20:00-da başlayacaq.

İyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək cavab görüşü isə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb - 0:1; 5:1.

Müəllif: Orxan NOVRUZOV