Azərbaycan komandası Gürcüstanda yoxlama oyunları keçirəcək

V İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında iştirak edəcək kişilərdən ibarət yığma komandamızın  məşqləri davam edir.

“Sərhədçi” Olimpiya İdman Mərkəzi və “ABU Arena”da gündə iki dəfə olmaqla  hazırlıq keçən   komandaya 16 idmançı qatılıb.

Hər gün davam etdirilən hazırlıq prosesi  baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir.

İyulun 22-dən etibarən Gürcüstana yollanacaq millimiz növbəti təlim-məşq toplanışına start verəcək. İyulun 29-dək davam edəcək hazırlıq çərçivəsində yerli komandalar ilə bir neçə yoxlama oyunlarının  keçirilməsi nəzərdə tutulub.

Müəllif: Zaur HACIYEV