Azərbaycan Premyer Liqasının püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.

Püşkatma mərasimi saat 15:00-da başlayıb.

AFFA-nın inzibati binasında təşkil olunan tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılıb.

Son 6 mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. "Qarabağ", "Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Keşlə", "Sumqayıt" və "Səbail" komandaları ilə yanaşı, "Turan Tovuz" və "Kəpəz"ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.

Premyer Liqada bu mövsüm oyunlar əsasən üç günə salınacaq ki, bu da VAR sistemi ilə bağlıdır.

İlk turun cütlərini təqdim edirik:

1-ci tur (5-7 avqust)

Sabah - Sumqayıt
Şamaxı - Neftçi
Kəpəz - Zirə
Turan Tovuz - Qəbələ
Qarabağ - Səbail

2-ci tur (12-14 avqust)

"Sumqayıt" - "Qarabağ"
"Səbail" - "Tovuz Turan"
"Qəbələ" - "Şamaxı"
"Neftçi" - "Kəpəz"
"Zirə" - "Sabah"

3-cü tur (19-21 avqust)

"Zirə" - "Sumqayıt"
"Sabah" - "Neftçi"
"Kəpəz" - "Qəbələ"
"Şamaxı" - "Səbail"
"Turan Tovuz" - "Qarabağ"

Müəllif: Orxan NOVRUZOV