Cüdoçularımız Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edəcək

ESTAFET/ Slovakiyanın Banska-Bistritsa şəhərində Avropa Gənclərinin XVI Yay Olimpiya Festivalı təşkil olunacaq. Yarışın rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə ayın 30-da keçiriləcək. 26-30 iyul tarixlərində cüdo yarışları baş tutacaq. Festivalda cüdo idman növü üzrə ümumilikdə 42 ölkədən, 300-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılar iştirak edəcək.
Yarışda Azərbaycan baş məşqçi Elxan Məmmədov və məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 12 idmançı ilə təmsil olunacaq.
Oğlanlar
-55 kq
Murad Əliyev
-60 kq
Nurlan Kərimli
-66 kq
Eltac Yusifli
-73 kq
Qadir Hüseynov
-81 kq
İsmayıl Zamanov
-100 kq
Əjdər Bağırov
+100 kq
Kənan Nəsibov
Qızlar
-44 kq
Xumar Qasımzadə
-48 kq
Könül Əliyeva
-52 kq
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
+78 kq
Nigar Süleymanova
