Bakı növbəti AÇ-yə ev sahibliyi edəcək

ESTAFET/ Gələn il  17-21 may tarixlərində Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.

Bu barədə qərar iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib. Qeyd edək ki, bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.

Xatırladaq ki, paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

Müəllif: Bəhruz MƏMMƏDOV