ŞAHMAT ÜZRƏ AÇ 2017: VII TUR

ESTAFET/ Belarusun paytaxtı Minsk şəhərində mükafat fondu 100 min avro olan şahmat üzrə kişilər arasında fərdi Avropa Çempionatı davam edir. 38 ölkədən 397 şahmat ustası qitənin ən güclü şahmatçısını müəyyən etmək üçün mübarizə aparır. Yarışda İsveçrə sistemi ilə 11 tur oynanılacaq. Azərbaycanı çempionatda 9 şahmatçı təmsil edir.

 

Bu gün yarışda yeddinci turun oyunları oynanılıb. Təmsilçilərimizin bu turdakı rəqiblərini və nəticələrini təqdim edirik.

 

Kozul Zdenko (CRO, 2617) - Rauf Məmmədov 0,5:0,5

Valentin Draqnev (AUS, 2508) - Eltac Səfərli 0:1
Nicat Abbasov - Vadim Zvyaqintsev (RUS, 2661) 0,5:0,5
Vladimir Potkin (RUS, 2588) - Vüqar Əsədli 
0,5:0,5 
Orxan Abdulov - Nitzan Steynberq (ISR, 2532) 0:1
Aleksandr Litvinenko (BLR, 2030) - Rəvan Əliyev 0:1

İvan Runets (BLR, 1790) - Nərmin Xələfova 0:1

Ana Matnadze (ESP, 2413) - Kənan Qarayev 0,5:0,5

Mustafa Yılmaz (TUR, 2630) - Arkadiy Naydiç 0,5:0,5

 

Qeyd edək ki, çempionatın sonunda ilk 22-likdə qərarlaşan şahmatçılar bu il Batumidə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaqlar.