OLİMPİYA MƏŞƏLİ ALOVLANDIRILDI
Bu gün, Avqust ayında Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya və Parolimpiya Oyunlarının məşəlinin alovlandırılması ilə əlaqədar ənənəvi olaraq Yunanıstanın Peloponnes yarımadasında təntənəli mərasim keçirilib.
Olimp dağında alovlandırılan məşəl Braziliyaya gətiriləcək və avqustun 5-də Braziliyanın ən böyük idman arenası olan “Marakana” stadionunda alovlandırılacaq. Sonra məşəl Rio-de-Janeyro şəhərinin mərkəzinə aparılacaq və Olimpiya Oyunları başa çatanadək orada saxlanılacaq.
Olimpiya məşəli 95 gün ərzində quruda 20 min, hava ilə 16 min kilometr məsafə qət edərək Braziliyanın 329 yaşayış məntəqəsindən keçəcək. Bütövlükdə isə məşəldaşıma yürüşündə 12 min nəfər iştirak edəcək.
Qeyd edək ki, Rio2016-nın bağlanış mərasimi avqustun 21-də olacaq.