GÜLƏŞÇİLƏR ÜÇÜN NÖVBƏTİ ŞANS
Bu dəqiqələrdə Monqolustanın paytaxtı Ulan Batorda güləş növləri üzrə Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda 1-ci Dünya Təsnifat Turniri keçirilir. Azərbaycan idmançıları bu turnirdə 6 lisenziya uğrunda mübarizə aparacaqlar: sərbəst stildə güləşənlər 1 (57 kq), Yunan-Roma güləşçilərimiz 2 (66 və 98 kq), qadın güləşçilərimiz isə 3 (63, 69 və 75 kq) çəki dərəcəsində. Bu gün klassiklərimiz lisenziya mübarizəsinə qoşulacaq.
Qeyd edək ki, bugünədək pəhləvanlarımız 18 mümkün lisenziyadan artıq 12-ni qazanıblar. 2-ci Dünya Təsnifat Turniri İstanbulda 6-8 May tarixlərində keçiriləcək.