CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxladı
ESTAFET/ İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun cəzasını qüvvədə saxlayıb.
Sports.az xəbər verir ki, bu barədə Nurlan İbrahimovun işini aparan vəkili Fərid Haqverdiyev məlumat verib.
O, məsələ ilə bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcəyini də diqqətə çatdırıb.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı “Facebook” səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin sözügedən qurumun qərarı 8 dəfə təxirə salınmışdı.