Paralimpiya Komitəsi Dünya Çempionatının keçirilməsinə dəstək göstərəcək tələbə-könüllülərlə görüş keçirilib

11 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində Dünya Çempionatının keçirilməsinə dəstək göstərəcək tələbə-könüllülərlə görüş keçirilib. Görüşdə Dünya Çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov da iştirak edib.

Görüş zamanı tələbə-könüllülərə görüləcək işlər barədə məlumat verilib. Tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, eləcə də mükafatlandırma mərasimi, tədbir məkanının təşkil olunması işlərində fəaliyyət göstərəcəklər.

“BİR” tələbə-könüllülər noyabrın 11-dək yarış iştirakçılarının müşayiəti və ölkələrinə yola salınması ilə əlaqədar fəaliyyətlərini davam etdirəcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV