AVROPA ÇEMPİONATI BAŞLAYIR - CÜDO
Aprelin 21-dən 24-dək Tatarıstanın paytaxtı Kazanda cüdo üzrə növbəti Avropa şempionatı keçiriləcək. Çempionatda 46 Avropa ölkəsinin 395 (230 kişi, 165 qadın) tatami ustasının iştirakı nəzərdə tutulur.
Azərbaycan yığması çempionatda tam heyətlə mübarizə aparacaq. Kişilərin yarışında Orxan Səfərov və İlqar Muşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Abdulhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (100 kq), Uşangi Kokauri (+100 kq) ölkəmizi Kazanda tatami üzərində təmsil edəcəklər. Zərif cinslərin mübarizəsində isə yalnız Aişə Qurbanlı (48 kq) özünü göstərməyə çalışacaq.
Çempionat aprelin 24-dək keçiriləcək.