Bakı 63 ölkədən 390 idmançını qəbul edəcək - "Baku Grand Slam"

ESTAFET/ Noyabrın 4-6-da Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək. Nüfuzlu yarışda iştirak üçün bu günədək 63 ölkədən 390 idmançı qeydiyyata alınıb.

Onların arasında olimpiya, dünya və qitə çempionları var.

Azərbaycan yarışda 37 (28 kişi, 9 qadın) cüdoçu ilə təmsil olunacaq.

Kişilər: Kəramət Hüseynov, Balabəy Ağayev, Rövşən Əliyev, Turan Bayramov (hamısı 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov, İsmayıl İbrahimov, Kamran Süleymanov (hamısı 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Vüsal Qələndərzadə (hamısı 73 kq), Səid Mollayi, Zelim Tçkayev, Elcan Hacıyev, Ömər Rəcəbli (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev, Vüqar Talıbov, İbrahim Ağakişiyev (hamısı 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov, Aslan Mirzəyev, Hüseyn Dadaşov (hamısı 100 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov, Kənan Nəsibov, Toğrul Salmanov (hamısı +100 kq).

Qadınlar: Leyla Əliyeva, Aişə Qurbanlı, Ramilə Əliyeva (hamısı 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva (hər ikisi 63 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq).

Müəllif: Natiq NƏSİROV