Meksika 2036-cı il üçün namizədliyini irəli sürdü
ESTAFET/ Meksika 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Ölkənin xarici işlər naziri Marselo Ebrard bu müraciətin uğurlu olacağına əminliyini bildirib.
Onun sözlərinə görə, noyabrın 30-da Meksikanın Oyunlara ev sahibliyi etmək iddiasını təşviq etmək üçün komitənin yaradılması elan ediləcək.
Qeyd edək ki, Meksika 1968-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. Həmin Oyunlarda 112 ölkə və 5516 idmançı yarışıb. Bu, 1886-cı ildə Afinada keçirilən müasir Oyunların başlanmasından sonra 100-dən çox xalqın nümayəndələrini bir araya gətirən ilk yarış olub.