Azərbaycalı hakim ilk dəfə ÇL-də

ESTAFET/ FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - VI turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. 

Beləliklə, 35 yaşlı referi ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin oyununda iş başında olacaq. 

2013-cü ildən FİFA referisi olan Əliyar Ağayevə məsul görüşdə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Müəllif: Natiq NƏSİROV