"Nyukasl" – "Qarabağ": azərbaycanlı azarkeşlər üçün biletlərin qiyməti açıqlandı

ESTAFET/ UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçını stadiondan izləmək və Ağdam təmsilçisi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışda çıxarılıb.
Biletlərin qiyməti 115 manat təşkil edir.
Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə etmək lazımdır. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlər üçün "ST James Park"da 2466 yer ayrılıb.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-də, Bakı vaxtı ilə 23:59-da start götürəcək.

