Azərbaycanlı hakimlər KL oyununa təyinat aldılar

ESTAFET/ Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan növbəti təyinat alıb.

31 yaşlı hakim UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turu çərçivəsində İsraildə "Hapoel" (Ber-Şeva) və Avstriyanın "Austriya" (Vyana) komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində yardım edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 3-də oynanılacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV