“Qarabağ” - “Frayburq”: hakimlər açıqlandı

ESTAFET/ Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ”la Almaniyanın “Frayburq” komandası arasındakı oyunun hakimləri müəyyənləşib.

Bu oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Aleksey Kulbakov olacaq.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 21:45-də start veriləcək.

21:45  “Qarabağ” – “Frayburq”
Baş hakim:
Aleksey Kulbakov.
Baş hakimin köməkçiləri: Dmitri Juk, Aleh Maslianka.
Dördüncü hakim: Dmitry Dmitriyev.
VAR: Tyaqo Bruno Lopes Martins (Portuqaliya).
AVAR: Huqo Filipe Ferreyra Moreyra Migel (Portuqaliya).
Hakim-inspektor: Georgios Bikas (Yunanıstan).
UEFA nümayəndəsi: Boriana Stoyçeva (Bolqarıstan).
3 noyabr. Tofiq Bəhramov adına Respublika stadionu.

Müəllif: Orxan NOVRUZOV