GÜLƏŞÇİLƏR ÜMİDLƏRİ DOĞRULTMUR
Monqolustanın paytaxtı Ulan Batorda güləş növləri üzrə Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda 1-ci Dünya Təsnifat Turniri davam edir. Xəbər verdiyimiz kimi Azərbaycan idmançıları da bu turnirdə isenziya uğrunda mübarizə aparır. Lakin ilk iki gündə Yunan-Roma və qadın güləşçilərin mübarizəsində idmançılarımızdan heç biri qarşıya qoyulan Oyunlara lisenziya hədəfi gerçəkləşdirə bilməyib. Nə Orxan Nuriyev (98 kq – Yunan-Roma), nə də Gözəl Zutova (69 kq - Qadın) bu vəzifənin öhdəsindən gələ bilib.
Bu gecə Bakı vaxtı ilə saat 04:00-da sonuncu təmsilçimiz Mircəlal Həsənzadə (57 kq – Sərbəst) Oyunlara lisenziya qazanmağa çalışacaq.