MEDAL ŞANSI İTİRİLDİ - VII TUR
ESTAFET/ Xantı-Mansıysk (Rusiya) şəhərində keçirilən şahmat üzrə komandalararası Dünya Çempionatı davam edir. Çempionatda Azərbaycandan yalnız qadın komandamız FIDE-nin nominantı qismində iştirak edir.
Bu gün çempionatda 7-ci turun oyunları keçirilib və şahmatçılarımız güclü Gürcüstan komandası ilə qarşılaşıblar. Görüş gürcülərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Zeynəb Məmmədyarova (2289) - Nana Caqnidze (2533) 0:1
Lela Cavaxişvili (2447) - Günay Məmmədzadə (2368) 0,5:0,5
Gülnar Məmmədova (2362) - Nino Batsiaşvili (2469) 0,5:0,5
Salome Meliya (2398) - Ülviyyə Fətəliyeva (2341) 1:0
Turnir cədvəli: 1-2. Ukrayna, Rusiya - 12 xal, 3. Çin - 9 xal, 4-5. Hindistan, Gürcüstan - 8 xal, 6. Polşa - 7 xal, 7-8. Vyetnam, ABŞ - 5 xal, 9. Azərbaycan - 4 xal, 10. Misir - 0 xal
Kişilərin mübarizəsində bu tur aşağıdakı görüşlər keçirilib.
Misir - Belarus 0,5:3,5
Türkiyə - ABŞ 1:3
Ukrayna - Hindistan 1,5:2,5
Rusiya - Çin 1,5:2,5
Norveç - Polşa 1,5:2,5
Turnir cədvəli: 1. Çin - 12 xal, 2. Rusiya - 11 xal, 3. Polşa - 10 xal, 4. Hindistan - 9 xal, 5-6. Türkiyə, ABŞ - 8 xal, 7. Belarus - 6 xal, 8. Ukrayna - 4 xal, 9. Norveç - 2 xal, 10. Misir - 1 xal