SƏRBƏST GÜLƏŞÇİLƏR RİOYA TAM HEYƏTLƏ GEDƏCƏK
Monqolustanın paytaxtı Ulan Batorda guləş üzrə 1-ci Dünya Olimpiya Təsnifat Turnirinin son günündə idmançımız Mircəlal Həsənzadə (57 kq, sərbəst güləş) finala çıxmaqıla Oyunlara lisenziya qazandı. Ardıcıl olaraq Guam, Moldova və Hindistan güləşçilərini məğlub edən Mircəlal qarşıya qoyulan minimum tapşırığı yerinə yetirdi.
Bununla da sərbəst stildə Azərbaycan Rio-2016 Oyunlarında tam heyətlə təmsil olunacaq. Bunadək Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) bu vəzifənin öhdəsindən gəlmişdilər.