DÜNYA ÇEMPİONATINA START VERİLDİ

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gün Koreyanın Muju şəhərində böyüklər arasında taekvondo üzrə Dünya çempionatına start verilib. Yarışın ilk günü 2 təmsilçimiz mübarizəyə qatılıb.

 

Qadınların mübarizəsində Safiye Polat (46 kq) ilk rəqibi Nigeriyalı Josefine Esukuya böyük hesabla (15:6) qalib gəlsə də növbəti döyüşdə Türkiyəli idmançı Rukiye Yıldırıma (5:8) məğlub olaraq yarışmanı başa vurub.

 

Kişilər arasında 54 kq çəki dərəcəsində yarışa qatılan Qaşım Maqomedov Livanlı Georgies Nakhleyə şans verməyərək (17:1) yaışdan kənarlaşdırıb. İkinci döyüşündə isə rəqib İtalya təmsilçisi Vita Della Aqulla həmyerlimizdən üstün olub. Qaşım bu qarşılaşmadan 10:20 hesablı məğlubiyyətlə ayrılaraq çempionatda iştirakını dayandırmalı olub.

 

Beləliklə, çempionatın ilk günü komandamız üçün başa çatıb. Sabah daha iki taekvondoçumuz mübarizəyə qatılacaq. Qadınlardan Patimat Abakarova (49 kq), kişi taekvondoçulardan isə Sina Bahrami (74 kq) medallar uğrunda mübarizə aparacaq.