İmaməddin Xəlilov: "uğurlarımı davamlı etmək üçün çalışacağam"

Dünya Taekvondo Federasiyası tərəfindən ilin ən yaxşı kişi parataekvondoçusu seçilən İmaməddin Xəlilov karyerasında qazandığı bu əlamətdar nailiyyəti şərh edib.

"2024-cü ildə bütün titullara yiyələndim. Karyeramdakı hədəflərimdən biri təkcə öz çəkimdə yox, bütün çəkilər üzrə ilin ən yaxşı parataekvondoçusu seçilmək idi. Sevinirəm ki, buna nail oldum. Özümlə qürur duyuram," – deyə İmaməddin bildirib.

O, Azərbaycan bayrağını hər zaman zirvələrdə dalğalandırmaq üçün səylərini davam etdirəcəyini vurğulayıb:
"Bu uğurların davamlı olması üçün çalışmağa davam edəcəyəm."

İmaməddin Xəlilovun bu möhtəşəm uğuru, həm də Azərbaycan idmanının beynəlxalq səviyyədəki yüksək nüfuzunun təzahürüdür.

Müəllif: Natiq NƏSİROV