Kikboksinq üzrə dünya və Avropa mükafatçısı Camal Məmmədov mükafatlandırılıb

Kikboksinq üzrə dünya və Avropa mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Camal Məmmədov mükafatlandırılıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, göstərdiyi gözəl nəticələrə görə, federasiyanın prezidenti Orxan Əliyev ona yeni mənzilin orderi təqdim olunub.

Qeyd edək ki, daha öncə fevral ayında 2021-ci ildə dünya çempionu olduğu üçün Anar Məmmədova federasiya prezidenti tərəfindən avtomobil bağışlanmışdı.

Müəllif: Natiq NƏSİROV