PATİMATLA SİNA DA MƏĞLUB OLDU
ESTAFET/ Koreyada keçirilən dünya çempionatının ikinci günü daha 2 taekvondoçumuz mübarizəyə qatılıb. Hər iki idmançımız uğursuz çıxış edərək, yarışı erkən başa vurublar.
Kişilər arasında 74 kq çəki dərəcəsindəki təmsilçimiz Sina Bahrami Hindistanlı Pradip Dahiya 17:3 hesabıyla qalıb gəlsə də, Nikita Rafaloviçə (Özbəkistan) məğlub (5:16) olaraq çempionatda mübarizəni dayandırıb.
Qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) isə elə ilk döyüşündə məğlub olub. Abakarova ilə serb Vanja Stankoviç qarşılaşması rəqibin (4:7) qələbəsiylə başa çatıb.
Üçüncü yarış günündə Ayxan Tağızadə (68 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaq.