Millimizin futbolçusu yeni baş məşqçi ilə işləyəcək

ESTAFET/ Ukraynanın “Aleksandriya” klubuna yeni baş məşqçi təyin edilib. Premyer Liqa təmsilçisi Ruslan Rotanla 2,5 illik müqavilə imzaladığını rəsmən açıqlayıb. 

Ukraynanın U-21 yığmasına da rəhbərlik edən bu gənc mütəxəssis Avropa çempionatından sonra yalnız “Aleksandriya”da işləyəcək. 

Xatırladaq ki, "Aleksandriya"da Azərbaycanın U-21 yığmasının futbolçusu Emil Mustafayev çıxış edir. (sport24.az)

Müəllif: Məsim MƏSİMZADƏ