"İNTER"İN OYUNUNA RUS HAKİMLƏR TƏYİN OLUNDU

ESTAFET/ Azərbaycanı Avropa Liqasında təmsil edəcək klublarımızdan biri olan “İnter”in I təsnifat mərhələsindəki "Mladost"la ilk görüşündə ədaləti qoruyacaq hakimlər briqadası təyin olunub. 

29 iyun tarixində Serbiyanın Luçani şəhər stadionunda Bakı vaxtı ilə saat 22:30-da keçiriləcək qarşılaşmanı Aleksandr Matyunin idarə edəcək. Ədaləti qorumaqda ona Aleksey Lunyov və Anton Kobzev kömək edəcəklər. Dördüncü hakim Yevgeni Turbin olacaq.