"Milli Komandada İşləmək Şərəfdir" - Rəşad Eyyubovun təəssüratları

Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir.

Bu sözləri açıqlamasında Azərbaycan millisinə məşqçi təyin olunan Rəşad Eyyubov deyib.

O, AFFA rəhbərliyindən təklif gəldikdə çox da düşünmədən razılıq verdiyini bildirib: “Çünki milli komanda hər bir məşqçinin işləmək üçün arzuladığı yerdir. Vaxtilə futbolçu kimi formasını geyindiyim milli komandaya məşqçi kimi qayıtdığım üçün çox xoşbəxtəm. Üstəlik, Fernandu Santuş kimi təcrübəli mütəxəssisin yanında işləyərək məşqçilik bacarığımı da artıra bilərəm. F.Santuşdan çox şey öyrənəcəyimə əminəm”.

Müəllif: Bəhruz MƏMMƏDOV