Paralimpiyaçıların 2023-cü ildə iştirak edəcəyi mühüm yarışlar
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təqvim planına əsasən paralimpiyaçılar cari il ərzində 8 dünya çempionatı və dünya oyunlarında iştirak edəcəklər:
Atletika: 08-17 iyul 2023 / Paris, Fransa
Kamandan oxatma: 13-23 iyul 2023 / Plzen, Çexiya
Üzgüçülük: 27 iyul – 06 avqust 2023 / Mançester, Böyük Britaniya
Para-velosiped: 06-14 avqust 2023 / Böyük Britaniya
IBSA Dünya Oyunları : 18-27avqust 2023 / Birmingem, Böyük Britaniya
Pauerliftinq: 19-31 avqust 2023 / Dubay, BƏƏ
Güllə atıcılığı: 17-29 sentyabr 2023 / Lima, Peru
Əlil arabasında qılıncoynatma: 02-08 oktyabr 2023 / Terni, İtaliya
Para-taekvondo üzrə dünya çempionatı
Dünya çempionatları ilə yanaşı 2023-cü ildə paralimpiyaçılar 7 Avropa çempionatı və qitə oyunları, 51 dünya kuboku və Qran-Pridə iştirak edəcəklər.
Eyni zamanda qeyd edək ki, Milli Paralimpiya Komitəsinin təqvim planına əsasən 2023-cü ilin sentyabr ayında Bakıda para-cüdo idman növü üzrə sayca 3-cü Qran-Prinin keçirilməsi nəzərdə tutulur.