Fiziyevin Geyci ilə döyüşünün tarixi açıqlandı

ESTAFET/ Mütləq Döyüş Çempionatı (UFC) Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin ABŞ idmançısı Castin Geyci ilə görüşünün vaxtını açıqlayıb.

Qarşılaşma martın 18-də Londonda keçiriləcək.

Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib. Castin Geyci isə ötən ilin mayında Braziliyanın digər təmsilçisi Şarlis Oliveyra da Silvaya uduzub.

Müəllif: Natiq NƏSİROV