Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycan yığması üçün ilk beynəlxalq toplanış -
Azərbaycan yığması üçün ilk beynəlxalq toplanış

ESTAFET/ Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-16 yığma komandası ilk dəfə olaraq xaricə təlim-məşq toplanışına yollanıb.

Federasiyanın mətbuat xidmətinin məlumatına görə, ötən gündən Türkiyədə olan komandamız fevralın 3-nə qədər Ankara şəhərində təlim-məşq toplanışı keçəcək.

Toplanış çərçivəsində bir sıra yoxlama oyunları keçirəcək qızlarımızın əsas hədəfi, 18-23 iyulda Andorrada baş tutacaq Avropa çempionatının C divizionu oyunlarına hazırlaşmaqdır.

Müəllif: Məsim MƏSİMZADƏ