AKAF-ın Qarabağda təşkil etdiyi yarış 2-ci dəfə "ən yaxşı" seçildi

ESTAFET/ “Sportman” jurnalının təşkil etdiyi ənənəvi “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı qaliblərinin adları açıqlanıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı laureatları sırasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası da yer alıb. AKAF-ın 2022-ci il 6-7 may tarixlərində işğaldan azad edilmiş Suqovuşanda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr etdiyi beynəlxalq reqata ilin ən yaxşı idman yarışı adına layiq görülüb.

Müəllif: Bəhruz MƏMMƏDOV