Yarışın ilk günü 4 bürünc medal şansı

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir.

Turnirin ilk günü 4 idmançımız medallar uğurunda mübarizəni təmin edib. Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq) və Mədinə Sadiqova (-55 kq) bazar günü bürünc medal uğrunda mübarizə aparacaq. Şənbə günü daha bir neçə karateçimiz yarışa qatılacaq.    

Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.

Müəllif: Natiq NƏSİROV