“Gent”in “Qarabağ”la ilk oyununun proqramı açıqlandı

ESTAFET/ Belçika “Gent”inin UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi ilk oyunun proqramı məlum olub.
Gent təmsilçisi oyundan bir gün öncə Bakıya yollanmağı planlayıb.
Komandanı gətirəcək təyyarə fevralın 15-də axşam saatlarında paytaxtda olmalıdır. Baş məşqçi Heyn Vanhazebrukun yetirmələri görüşdən dərhal sonra Belçikaya qayıdacaq.
Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda qonaqları təxminən 40-50 azarkeşin dəstəkləməsi gözlənilir.
Fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” matçı saat 21:45-də start götürəcək.
