"QƏBƏLƏ" AVSTRİYA KLUBUNU DARMADAĞIN ETDİ

ESTAFET/ 2017/18-ci illər mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” yoxlama görüşlərini davam etdirir.

 

Hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki məşq keçir. Komanda bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb. İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirir. Roman Qriqorçukun yetirmələrinin Albaniyanın "Kukesi" klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib. Belə ki, klub Avstriyanın “Qrodiq” komandası ilə görüşməli olub. 1948-ci ildə yaradılan bu komanda Avstriya ikinci liqasında çıxış edir.

 

Yoxlama oyunu

"Qəbələ" - "Qrodiq" (Avstriya)  7:0