Formula 1 Azərbaycan Qran-Prisi üçün tikinti-quraşdırma işlərinə başlanılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton baryerlərin quraşdırılmasına başlayır.

Tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinədək davam edəcək.

Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında təşkil olunacaq.

Müəllif: Natiq NƏSİROV