MY 74 min cərimələndi

ESTAFET/ İngiltərə Futbol Assosiasiyası (FA) "Mançester Yunayted"i İngiltərə kuboku çərçivəsində "Fulhem"lə matçda komandanın futbolçularının nalayiq davranışına görə cərimələmək qərarına gəlib. 

İngiltərə Kubokunun 1/4 final mərhələsinin “Fulhem”lə oyununda “Mançester Yunayted”in futbolçuları matçın baş hakimi Kris Kavanaqdan rəqibin qapısına penalti təyin etməyi tələb ediblər. Bu epizoddan sonra “Fulhem”in iki futbolçusu və London klubunun baş məşqçisi Marko Silva qırmızı vərəqə alıb. 

“Mançester Yunayted”in futbolçuları İngiltərə Kubokunun “Fulhem”ə qarşı oyununun 71-ci dəqiqəsində hakimi mühasirəyə aldıqları üçün 74 min avro cərimələnib. Klub futbolçularının düzgün davranışını təmin edə bilmədiyini də etiraf edib” - İFA-nın mətbuat xidmətinin bəyanatında deyilir.

Müəllif: Orxan NOVRUZOV