TOP klublar EA Sports FC-ni dəstəklədilər

ESTAFET/ Electronic Arts bu gün FIFA-nı əvəz edəcək gələcək futbol simulyatoru EA Sports FC-ni təqdim edib. 

Artıq dünyanın ən böyük futbol klubları idman simulyatorunun təbliğinə qoşulublar. 

"Mançester Siti", "Liverpul", "Benfika", "Şalke 04" və "Boka Xuniors" da daxil olmaqla, bir çox məşhur komandalar EA Sports FC-da olacaqlarını açıqlayıblar.

Eyni zamanda, klublar gələcək layihənin loqosunu öz rənglərində təqdim ediblər.

Müəllif: Məsim MƏSİMZADƏ