“Traktor”dan “Sepahan” üzərində qələbə

ESTAFET/ Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilib.

Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda lider “Sepahan”la qarşılaşıb. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar - 1:0.
 
“Traktor” 25 turdan sonra 42 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Müəllif: Natiq NƏSİROV