“Beşiktaş” - “Qalatasaray” matçının hakimi açıqlandı
ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində baş tutacaq "Beşiktaş" - "Qalatasaray" oyununu idarə edəcək hakimlər müəyyənləşib.
İstanbul derbisinin baş hakimi Ali Şansalan olacaq.
Ona yan xətt hakimləri Ceyhun Sesigüzel və Mehmet Emin Tuğral kömək edəcəklər.
Xatırladaq ki, aprelin 30-da keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Hazırda Super Liqanın lideri olan “Qalatasaray”ın 70 xalı var. “Beşiktaş” isə 62 xalla üçüncü pillədə qərarlaşıb. İkinci pillədə olan “Fənərbaxça”nın 64 xalı var.