"İNTER" MƏRHƏLƏNİ QOL BURAXMADAN KEÇDİ

ESTAFET/ Avropa Liqasındakı təmsilçilərimizdən Bakı "İnter"i Birinci Təsnifat mərhələsinin cavab oyununu "Dalğa Arena"da keçirib. Serbiya "Mladost"u  ilə səfərdə keçirilən ilk qarşılaşmada qazanılan 3:0-lıq qələbə komandamıza oyunu istədiyi kimi qurmaq şansı yaratmışdı və bakılılar bundan maksimum istifadə etdilər.

 

Hər hissədə 1 top vuran "İnter" yekunda 2:0 hesablı qələbə ilə adını İkinci Təsnifat mərhələsinə yazdırdı. Burada komandamızın rəqibi Moldova "Milsami"sini mübarizədən kənarlaşdıran (0:1, 1:1) Lüksemburqun "Fola" komandası olacaq.