Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Türkiyə millisi Bakıda 10 qola sevindi -
Türkiyə millisi Bakıda 10 qola sevindi

ESTAFET/ Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində dördüncü oyun gününün ilk qarşılaşması baş tutub.

B qrupunda yer alan Türkiyə yığması Cənubi Afrika komandası ilə qarşılaşıb.

Bakı Tennis Akademiyasında baş tutan 4-cü tur matçı türklər üçün daha uğurlu alınıb. Afrikalılar ilk üç matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar. Onlar Türkiyənin 10 qoluna cəmi 2 topla qarşılıq verə biliblər – 2:10.

Bu qələbə ilə xallarının sayını 6-ya çatdıran Türkiyə yığması qrupu üçüncü pillədə başa vurmaq üçün digər görüşdə Fransanın Qazaxıstana qalib gəlməsinə ümid etməlidir.

Bu gün A qrupu çərçivəsində İtaliya – Çexiya və Azərbaycan – Serbiya görüşləri olacaq.

Müəllif: Orxan NOVRUZOV