Komandaların rəsmi paradı keçirildi: Prezident kuboku-2023

ESTAFET/ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident kuboku-2023” beynəlxalq reqatası çərçivəsində komandaların rəsmi paradı keçirilib.

Tədbir Mingəçevirdəki Heydər Əliyev prospektində baş tutub.

Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı gücünü sınayacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda gerçəkləşib. Növbəti iki mərhələ Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq. Mükafatlandırma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV