Aykido döyüş sənətinin inkişafı və təbliği məqsədilə BAF-ın prezidenti Vilko Vriesmanın praktiki seminar keçiriləçək

17-18 may 2023-cü il tarixlərində Azərbaycan Aikikai Aikido federasiyası, Beynəlxalq Aykido Federasiyasının (BAF) himayəsi altında, aykido döyüş sənətinin inkişafı və təbliği məqsədilə BAF-ın prezidenti, məşhur aykido ustası, 7-ci dan sahibi Vilko Vriesmanın praktiki seminarının keçirilməsini təşkil edir.

 

Seminarda ölkəmizin müxtəlif şəhərlərindən olan aykidoçular və aykido üzrə məşqçilər iştirak edəcəklər. Tədbir çərçivəsində Yaponiya səfirliyi, Gənclər və İdman nazirliyinin nümayəndələrinin, habelə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəvət olunduğu mətbuat konfransı keçiriləcəkdir.

Seminar ASK Arenanın döyüş sənətləri zalında keçiriləcəkdir. Mətbuat konfransı White City Plaza biznes mərkəzində təşkil olunacaqdır. Bakı şəhərindəki tatamidə çoxlu sayda qara kəmər sahiblərinin bir yerdə toplandığı aykido üzrə ən böyük və ən nüfuzlu beynəlxalq seminarın təşkilatçısı Azərbaycan Aikikai Aikido federasiyasıdır.

İlham Quliyev – 5-ci dan,

Arzu Mikayılov – 4-cü dan,

Elnur Nemətov – 4-cü dan,

Anar Gənciyev – 4-cü dan,

Ruslan Məmmədli – 3-cü dan,

Emin Nuriyev – 3-cü dan

Tofiq Sadıqov – 3-cü dan,

Ruslan Musayev – 2-ci dan,

Aygün Mirzəli – 2-ci dan və başqaları.

Dünya şöhrətli aykido ustalarının təcrübəsini öyrənmək və onlarla daimi əlaqə yaratmaq Azərbaycanda dinamik inkişafda olan aykido döyüş sənəti üçün böyük əhəmiyyət kəsb edir.  

17 may, seminarının planı:

11.30 - Mətbuat konfransı (Bakı, Nobel prospekti,25)

20.00 – 21.30 - qara kəmər sahibləri üçün master-klass. Maks idman kompleksi (Bakı, Məhəmməd Hadi küçəsi, 7).

18 may, seminarın planı:

19.30 – 21.30 – seminar, ASK Arena (Bakı, Heydər Əliyev prospekti, köndələn 5)

Müəllif: Bəhruz MƏMMƏDOV