Rüstəm Nəcəfov: “İlk dəfədir belə böyük yarış keçiririk”

"Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bu gün xizək alpinizmi üzrə Dünya Kuboku barədə fikirlərini bölüşüb.

Nəcəfov yarışın həm idmançılar, həm də azarkeşlər üçün maraqlı tamaşa vəd etdiyini vurğulayıb:

"Azarkeşlər Dünya Kubokunu tribunadan öz gözləri ilə izləyə və bütün yarış yolunu ovuclarının içindəki kimi seyr edə bilərlər. 26 ölkədən idmançıların və mötəbər qonaqların buraya gəlməsi bizi çox sevindirir. Onlardan çoxu üçün bu, Şahdağla ilk tanışlıqdır."

O, həmçinin Şahdağın beynəlxalq xizək alpinizmi təqvimində uzun müddət yer alacağına ümid etdiyini ifadə edib:

"Bu yarış, Azərbaycanın dünya miqyasında qış idmanında öz sözünü deməsinə töhfə verəcəkdir."

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarış, Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və Şahdağ Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Müəllif: Bəhruz MƏMMƏDOV