Azərbaycanlı yeniyetmə kikboksçu dopinqə düşdü

ESTAFET/ Azərbaycanın daha 2 idmançısının dopinqdən istifadə etdiyi müəyyən olunub.
Hər iki idmançı qeyri-Olimpiya idman növlərində çıxış edir.
Bunlardan biri yeniyetmə kikboksçudur. Bu səbəbdən də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən onun adı açıqlanmayıb. Onun cəzası 8 aylıqdır və bu ilin 12 sentyabrında sanksiyanın müddəti başa çatacaq.
Digər cəzalandırılan idmançı pauerliftinq idmanı ilə məşğul olur. Bu, Elnur Ramazanovdur. O, AMADA-nın nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə 4 illik – 48 aylıq yarışlardan diskvalifikasiya edilib. Ramazanovun cəzası 6 aprel 2027-ci ildə başa çatacaq.
Qeyd edək ki, Elnur Ramazanov ötən ilin oktyabrında Abşeton Olimpiya İdman Kompleksində keçirilmiş Azərbaycan Kubokunda 82.5 kq çəki dərəcəsində 651 kq nəticə göstərərək qızıl medal qazanmışdı. O, həmçinin dedlift hərkətində də 265 kq qaldıraraq 1-ci olmuşdu. (Prosport.az)
