Avropa kubokuna 13 cüdoçu ilə

ESTAFET/ Azərbaycan cüdo yığması mayın 20-21-də Bosniya və Herseqovinada keçiriləcək Avropa Açıq Kubokunda iştirak edəcək.

Yarışda Rövşən Əliyev (60 kq), Tofiq Əliyev, Ruslan Paşayev, Kamran Süleymanov (hamısı 66 kq), Telman Vəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Kərim Allahverdiyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Musa Hüseynli, İbrahim Ağakişiyev (hər ikisi 90 kq), Aslan Mirzəyev, Adil Kərimli və Ruslan Nəsirli (hamısı - 100 kq) mübarizə aparacaq.

Turnirə ümumilikdə 25 ölkədən 348 idmançı qatılacaq.

Müəllif: Natiq NƏSİROV